32 əlil Şəkidə yerləşən istirahət və sağlamlıq mərkəzinə yola salındı

  • By admin
  • 01 Avqust 2016 11:29

amak-2

 

Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi tərəfindən 32 nəfər əlil şəxs Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə yola salınıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya  verilən məlumata görə, əlillərin yola salınması zamanı Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və  proqramlar şöbəsinin müdiri Vüqar Behbudov bildirib ki, “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda əksini tapan tədbirlərdən biri də həmin insanların yaz-yay mövsümündə istirahətinin təşkilidir: “Proqrama əsasən, cari ildə nazirlik tərəfindən 1000 nəfərdən çox əlil şəxsin istirahətə göndərilməsi nəzərdə tutulub. Onlardan artıq 730 nəfərinin Lənkəran, Xaçmaz, Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi təmin olunub”.

Qeyd olunub ki, əlillərin maddi təminatlarının gücləndirilməsi, sosial müavinət və pensiyalarla təminatı yönündə görülən işlərlə bərabər, onların reabilitasiya potensiallarının reallaşdırılması üçün kompleks tibbi-sosial reabilitasiya tədbirləri də davam etdirilir.

Cari ilin birinci yarımilində nazirliyin xətti ilə 11 minədək əlil şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib. Həmçinin bu il 70 nəfər əlilliyi olan şəxsin,  valideynlərindən biri ilə bərabər 34 nəfər sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicə kursu keçmələri təmin olunub.

Gununsesi.info