“Əgər belə ağılı idilərsə, niyə görə özlərində buna şərait yaratdılar?” - Almazbek Atambayev

  • By admin
  • 01 Avqust 2016 11:35

almez

 

Qırğızstan prezidenti Türkiyənin çağırışına reaksiya verdi.

Qırğızstan prezidenti Almazbek Atambayev Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun Fətullah Gülən tərəfdarlarının bu ölkədə hakimiyyət çevrilişi edəcəyi ilə bağlı fikirlərə sərt reaksiya verdi.

Gununsesi.info Qırğızstan mediasına istinadən xəbər verir ki, ölkə başçısı Almazbek Atambayev Ankaranın bu fikirlərini absurd hesab edir: “Bu absurddur. Əgər belə ağılı idilərsə, niyə görə özlərində buna şərait yaratdılar? Sözsüz, biz bütün məsləhətləri dinləyirik və informasiyaları yoxlayırıq. Ancaq bizi qorxutmaq və ya bizi öyrətmək lazım deyil. Məgər biz qorxağıq. Buna oxşayırıqmı?”- deyə, A.Atambayev vurğulayıb.

 

Gununsesi.info