32 yaşlı kişini döyüb bıçaqladılar

Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində 32 yaşlı şəxs döyüldükdən sonra bıçaqlanıb.

Gununsesi.info xəbər verir ki, hadisə ötən gün baş verib. 1991-ci il təvəllüdlü Ə.Əmirov (şərti) müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Ə.Əliyev yaşadığı yerin yaxınlığındakı həyətə boylanıb və oradakı qıza baxıb. Bundan xəbər tutan qızın atası və qardaşı onu tutublar. Qızın atası Ə.Əliyevə zərbələr endirərək xəsarətlər yetirib. Hadisə nəticəsində Ə.Əliyev başından kəsilmiş xəsarət də alıb.

DİN-in Mətbuat xidmətindən saytımıza bildirilib ki, hadisəni törədən şəxs artıq müəyyən edilib: “Sentyabrın 15-də Ə.Əliyevin döyülərək xəsarət alması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Tağıyev müəyyən olunaraq saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Müvafiq ekspertizalar təyin olunub. Məsələ ilə bağlı hazırda təhqiqat araşdırması aparılır”.

 

Gununsesi.info