33 yaşlı kişi əməliyyat vaxtı öldü

  • By admin
  • 06 Avqust 2022 21:12

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında cərrahiyyə əməliyyatı zamanı ölüm hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, paytaxt sakini, 1989-cu il təvəllüdlü Sənan Yaşar oğlu Abdullayev xəstəxanada əməliyyat zamanı qəfil vəfat edib.

Onun konkret hansı səbəbdən əməliyyat stolunda dünyasını dəyişməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info