
ABŞ xüsusi xidmətlərinin sabiq əməkdaşı Edvard Snouden Fransadan sığınacaq istədiyini bildirib.
Bu barədə Gununsesi.org məlumat verir.
Onun sözlərinə əsasən, sığınacaqla bağlı Fransaya hələ 2013-cü ildə müraciət edib və prezident Emmannuel Makrondan müsbət cavab almaq istərdi.
“Əlbəttə, cənab Makronun mənə sığınacaq verməyini çox istəyərdim”, – deyə Snouden bildirib və əlavə edib ki, təəssüf, Avropada deyil, yalnız Rusiyada danışa bilir.
O qeyd edib ki, ona sığınacaq verilməsi ABŞ-a hücum demək deyil.
Gununsesi.org