349 həkimin sertifikasiya şəhadətnamələrinin etibarlılıq müddəti başa çatır

  • By admin
  • 13 Sentyabr 2016 12:24

sehiyye nazirliyi

Bu ilin sentyabrnda Azərbaycanda 349 həkimin sertifikasiya şəhadətnamələrinin etibarlılıq müddəti başa çatır.

Gununsesi.info bildirir ki, Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasından APA-ya verilən məlumata görə, onlar sertifikasiya imtahanından təkrar keçməlidirlər.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla iki hissəyə (test və klinik tapşırıq) bölünür. İmtahan suallarının test hissəsi üzrə 40 bal, klinik tapşırıq hissəsi üzrə isə 16 bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunur.

Gununsesi.info