Xankəndili Ermənistanın yeni baş naziri oldu

  • By admin
  • 13 Sentyabr 2016 12:11

ermen

Ermənistanda yeni baş nazir təyin edilib.

Gununsesi.info xəbər verir ki, bu barə  “RİA Novosti” məlumat yayıb. Məlumata görə, prezident Serj Sarkisyan Karen Karapetyanın baş nazir təyin olunması haqqında fərman imzalayıb.

Qeyd edək ki, K. Karapetyan 1963-cü ildə Azərbaycanda – Xankəndi şəhərində doğulub. 2010-2011-ci illərdə İrəvanın meri olub. “Qazprombank”ın 1-ci vitse-prezidenti postu da daxil olmaqla, “Qazprom”un strukturlarında yüksək vəzifələrdə çalışıb.

Gununsesi.info