Ukrayna səfiri: “BMT aparatının yarısı Rusiya kəşfiyyatına işləyir”

  • By admin
  • 21 Dekabr 2019 23:07

Birləşmiş Millətlər Təşkilatının katibliyində 200-dən çox rusiyalı çalışır, onların yarısı isə Federal Təhlükəsizlik Xidmətinin agentləridir.

Gununsesi.org xarici agentliklərə istinadən xəbər verir ki, belə bir bəyanatla Ukraynanın BMT-dəki keçmiş daimi nümayəndəsi Vladimir Yelçenko çıxış edib.
Hazırda o, ölkəsinin ABŞ-dakı səfiri vəzifəsini daşıyır.

Vladimir Yelçenko Rusiya Federasiyasının BMT-dəki nüfuzunun olduqca böyük olduğunu vurğulayıb. Onun fikrincə, BMT-dəki səsvermələrdə daima Rusiyanın mövqeyini dəstəkləyən 22-23 dövlət mövcuddur. Bunların arasında o, Venesuela, Nikaraqua, Kuba, Sudan, Kamboca kimi dövlətləri göstərib.

Ukrayna səfiri hələ Sovet İttifaqı zamınında belə Rusiyanın hər iki diplomatından birinin xüsusi xidmət orqanı əməkdaşı olduğun vurğulayıb. “İndi Rusiyanın kəşfiyyat kadrları daimi nümayəndəliyə yerləşdiriliblər. BMT çərçivəsidə Kremlin güclü agentura şəbəkəsi mövcuddur”,-deyə o qeyd edib.

Ukrayna səfiri bütün bunlara rəğmən dostları sayəsində Rusiyanın diplomatik təzyiqlərinə tab gətirə bildiklərini vurğulayıb. O, bunların içində ABŞ, Böyük Britaniya və Avropa Birliyinin adını çəkib. Bundan başqa ukraynalı diplomat Rusiya ilə münasibətlərinin yaxşı olmasına rəğmən Türkiyəni həm Krım və Donbasın işğalını tanımamasına görə tərifləyib.

 

 

Gununsesi.org