397 vəzifəli şəxsin işi məhkəmə məsuliyyətinə verilib - ZAKİR QARALOV

  • By admin
  • 01 Oktyabr 2019 12:11

Bu ilin doqquz ayı ərzində prokurorluq orqanları tərəfindən 397 vəzifəli şəxs haqqında korrupsiya cinayətləri törətdiklərinə görə 250 cinayət işi məhkəmə məsuliyyətinə verilib.

Gununsesi.org xəbər verir ki, bunu Baş Prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

Z.Qaralov qeyd edib ki, prosesdə dövlətə dəymiş 18 milyon manat vəsait ödənilib:

“Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında 127 cinayət işi istintaq olunur”.

Gununsesi.org