Səid Dadaşbəyli daha bir doğum gününü məhbsədə qarşıladı

  • By admin
  • 01 Oktyabr 2019 12:10

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin qurama, saxta ittihamları ilə həbs edilmiş Səid Dadaşbəylinin doğum günüdür.  

Gununsesi.org xatırladır ki, 13 ildir günahsız həbs həyatı yaşayan Səid və onunla birgə həbs edilənlər Eldar Mahmudovun növbəti cinayətlərindən birinin qurbanı kimi tanınır.

Səid Dadaşbəylinin həyat yoldaşı İlhamə Dadaşbəyli isə özünün sosial şəbəkədəki səhifəsində onu təbrik edib:

“Yaxşı ki. həyatımda sən varsan və yaxşı ki, sənlə ailə həyatı qurmuşam. Yaxşı ki, varsan! Sən yaşadığım ömür, ən gözəl günlərimsən. Bir sözlə hər şeyimsən…

Bütün xəyalların, bütün ümidlərinlə birlik olsun, diləklərin, duaların qəbul olsun, doğum günün mübarək olsun canım həyat yoldaşım… 12 il 9 ay ayri olsaqda”.

 

Günay Təhməzova

Gununsesi.org