
Aktrisa Ember Herd 4 ay əvvəl ayrıldığı milyarder sevgilisi İlon Maskla yenidən görüntülənib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlük Los-Ancelesdə restoranlardan birindən çıxarkən kameralara düşüb.
Bir müddət səmimi söhbət etdikdən sonra İlon Emberi öpüb. Paparazzilətə tuş gələn cütlüyün bu görüntüləri sosial mediada müzakirə obyektinə çevrilib.
Xatırladaq ki, bir müddət əvvəl jurnallardan birinə müsahibə verən milyarder aktrisadan ayrılığın ona pis təsir etdiyini və onu unuda bilmədiyini söyləyib.
Qeyd edək, İ.Mask ötən il aktyor Conni Deppdən boşanan Emberin yanında olaraq onu təsəlli edibmiş. Həmin zaman yaxınlaşan cütlüyün hətta bu ilin sentyabrında toya hazırlaşdığı bildirilirdi. Lakin onlar avqustun sonundan ayrıldıqlarını elan etmişdilər.
İ.Mask “Tesla Motors” şirkətinin icraçı direktorudur. Onun varidatı 12 milyard dollar dəyərində qiymətləndirilir.
Gununsesi.info












