4 nəfərin meyitinin aşkarlandığı evdən FOTOLAR

  • By admin
  • 05 Yanvar 2023 13:20

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonunda bir mənzildən 4 nəfərin meyiti tapılıb.

Gununsesi.info bildirir ki, “Qafqazinfo”nun əməkdaşları sözügedən ünvana yollanıblar.

Məlum olub ki, meyitləri aşkarlanmış şəxslər yaxınlıqdakı “Şərq bazarı”nda işləyir, həmin mənzildə kirayə qalırlarmış.

Qeyd edək ki, DİN Mətbuat xidmətinin yaydığı məlumatda meyitlərin üzərində zorakılıq əlamətləri müəyyən olunmadığı bildirilir. İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.




Gununsesi.info