4 Rusiya hərbçisi öldürüldü - SURİYADA

  • By admin
  • 20 Fevral 2017 17:31

suriya

 

Rusiyanın Suriyanın Palmira şəhəri yaxınlığında yerləşən “Tiyas” hərbi hava bazasında rus hərbi məsləhətçiləri aparan konvoya hücüm olunub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Belə ki, nazirliyin məlumatına görə, rus hərbi məsləhətçiləri aparan konvoyun keçdiyi ərazidə bomba yüklü avtomobilin partladılması nəticəsində 4 əsgər ölüb, 2-si isə yaralanıb: “Yaralılar dərhal hospitala yerləşdirilib. Həkimlərimiz yaralıların həyatını xilas etmək üçün işə başlayırlar”-, deyə məlumatda bildirilir.

Xatırladaq ki, hazırda hücumun hansı silahlı qruplaşma tərəfindən həyata keçirildiyi barədə məlumat verilmir.

Anar

Gununsesi.info