“Nəfəsim çatmır, kömək edin” - Xəstəxanadan reportaj+Video

  • By admin
  • 12 Aprel 2020 11:54

AzTV koronavirus xəstələrinin müalicə aldığı xəstəxanadan reportaj hazırlayıb.

Gununsesi.org xəbər verir ki, reportajda ağır xəstələrlə yanaşı, onların yenidən sağalması üçün mübarizə aparan həkimlər də yer alıb.

Reportajda süni nəfəs aparatına qoşulanlar, cihazsız nəfəs ala bilməyən xəstələrdən bəhs edilib. Bunlardan biri də 13 saylı Uşaq Poliklinikasının həkimi Könül Xəlilovadır.

Covid-19-a yoluxan sahə pediatrı cihaz olmadan nəfəs ala bilmədiyini deyib. O, vətəndaşları bu xəstəliyə ciddi yanaşmağa çağırıb.

“Necə yoluxduğumu xatırlamıram. Amma ilkin əlamətləri xatırlayıram. Özümdən şübhələndim. Bu xəstəliyə ciddi yanaşsınlar. Mən onlara yalvarıram, belə etməsinlər. Hazırda burnumda oksigen aparatı var. Bunu çıxartsalar, nəfəs ala bilmərəm”, – deyə o, qeyd edib.

 

 

 

Gununsesi.org