41 yaşlı kişini maşın vurub

  • Müəllif: admin
  • 23 Dekabr 2017 20:14

Ağstafada piyadanı avtomobil vurub. 

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Həsənsu kəndində baş verib. Kənd sakini 1976-cı il təvəllüdlü Həbib Hümbətov yolu keçən zaman avtomobillə vurulub. Qəzanı törədən avtomobil hadisə yerindən uzaqlaşıb. Yarlı xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info