Tanınmış jurnalist son mənzilə yola salındı - FOTOLAR

  • Müəllif: admin
  • 23 Dekabr 2017 20:22

Gununsesi.info xəbər verir ki, tanınmış jurnalist, “İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru Aleksandr İvanov dekabrın 23-də son mənzilə yola salınıb.

Vida mərasimində rəsmi şəxslər, deputatlar, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə Aleksandr İvanovun xidmətlərindən, onun jurnalistika sahəsindəki fəaliyyətindən danışılıb.

Mərhum Yasamal qəbiristanlığında dəfn edilib.

 

 

 

Gununsesi.info