42 jurnalist həbs olundu

  • By admin
  • 25 İyul 2016 11:01

jur

 

Türkiyədə 42 jurnalist barəsində həbs qəti imkan tədbiri seçilib. Gununsesi.info “Milliyət”ə istinadən xəbər verir ki, FETÖ/PDY təşkilatları ilə əlaqəsi olan 42 media işçisi haqqında həbs qərarı verilib. Barəsində həbs qəti imkan tədbiri seçilən media işçiləri sırasında Nazlı Ilıcak da var. Onu İstanbuladkı evində tapmayıblar. Onun Bordurmadk evində olacağı ehtimal olunur.

Qeyd edək ki, Ilıcak sabiq millət vəkilidir. 1944-cü il təvəllüdlü Nazlı Ilıcak Demokrat Partiyanın hakimiyyəti dövründə nazir vəzifələrində çalışmış Muammer Çavuşoğlunun qızıdır. Onun ilk həyat yoldaşı bir zamanlar Türkiyənin populyar mətbuat orqanlarından biri –  “Tərcüman” qəzetinin sahibi Kamal Ilıcak olub. Mühafizəkar kəsimin tanınmış simalarından olan Nazlı Ilıcak 1999-cu ildə Fəzilət Partiyasından İstanbul millət vəkili seçilib.

 

Gununsesi.info