Millimizin sabiq futbolçusu Bakı klubunda

  • By admin
  • 09 Fevral 2021 23:36

“Keşlə” heyətini daha bir futbolçu ilə gücləndirib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Paytaxt təmsilçisi müdafiəçi Elvin Yunuszadə ilə mövsümün sonunadək müqavilə imzalayıb.

28 yaşlı oyunçu bunadək “Neftçi”, “Qarabağ”, “Sabah” və “Səbail”, həmçinin Bosniya və Herseqovinanın “Çelik” və Şimali Makedoniyanın “Şkupi” klublarında çıxış edib.

Qeyd edək ki, “Keşlə” bu gün Moldova millisinin yarımmüdafiəçisi, son klubu “Sabah” olan Yevgeni Koçuku da heyətinə qatdığını açıqlayıb.

Gununsesi.info