
İdman çantasında ölü tapılan 5 aylıq qız uşağının ölüm sirri bəlli olub.
Gununsesi.info xəbər verir ki, 24 yaşlı Ziyad və 26yaşlı İhlas körpənin davamlı ağlamasına əsəbləşərək, onu öldürmək qərarına gəliblər. Onlar əvvəlcə körpəni dəfələrlə divara çırpıblar, sonra da çantaya qoyub parka ataraq gediblər.
“Haberler.com”un verdiyi məlumata görə, hadisə Türkiyənin Qaziantəp şəhərində baş verib. Hadisə ilə bağlı Suriya kökənli 24 yaşlı Ziyad Əl Abdullah, körpənin 26 yaşlı anası İhlas Əl Baho və onlara yardım edən daha bir nəfər polis tərəfindən saxlanılıb.
Polisin araşdırması nəticəsində saxlanılan şəxslərin körpəni necə öldürməsinin detalları bəlli olub. MOBESE kameralarının araşdırılması nəticəsində adıçəkilən şəxslərin törətdiyi cinayətin üstü açılıb. Kamerada saxlanılan şəxslərin 5 aylıq qız uşağının necə divara çırpıldığı aydın görünüb.
Saxlanılan İhlas Əl Baho ifadəsində bildirib ki, bir il öncə ərindən ayrılıb. 10 ay öncə isə Ziyad Əl Abdullah ilə birgə yaşamağa başlayıb. Körpə çox ağladığından Ziyad ilə birlikdə bu dəhşətli cinayəti törədiblər. Ziyad əlində daşıdığı körpə qızcığazı döyməsi və divara çırpması kameraya düşüb. İhlasın isə onun arxasınca qaçdığı görünür. Körpə qızcığaz aldığı sınıq və digər ciddi travmalardan dünyasını dəyişir. Bundan sonra adıçəkilən şəxslər körpəni parkda qoyub gediblər.

https://www.youtube.com/watch?v=QNZvenkAo6Q
Gununsesi.info











