5 milyon 373 min nəfər səhiyyə müəssisələrində müayinə olunub - Səhiyyə naziri belə iddia etdi

  • By admin
  • 07 Oktyabr 2016 23:25

nazir-oqtay

“Bu il  ölkənin bütün şəhər və rayonları üzrə 5 milyon 373 min nəfər səhiyyə müəssisələrində tam müayinə olunub”.

Gununsesi.info  xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

O, deyib ki, müxtəlif xəstəliklər aşkarlanan 650 mindən çox insan ambulator, 42 min 800 nəfər stasionar müalicəyə cəlb edilib:

“Şübhə yoxdur ki, xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi öz müsbət nəticələrini göstərəcək”.

 

Gununsesi.info