5 yaşlı uşağı it dişlədi - TOVUZDA

  • Müəllif: admin
  • 05 Sentyabr 2017 10:34
sahibsiz_it
Tovuz sakinini it dişləyib.
Gununsesi.info APA-a istinadən xəbər verir ki, rayon sakini, 2012-ci il təvəllüdlü Yusif İsgəndərli küçədə oynayan zaman itin hücumuna məruz qalıb.
Müxtəlif bədən xəsarətləri alan 5 yaşlı oğlan dərhal xəstəxanaya yerləşdirilib.
Vəziyyətinin normal olduğu bildirilir.

Gununsesi.info