Güləşçimiz finala yüksəldi

  • Müəllif: admin
  • 05 Sentyabr 2017 10:40

01

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı start götürüb.

Güləş Federasiyasının mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, ilk yarış günündə yunan-Roma güləşi üzrə 50, 54, 58, 63 və 100 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparıb.

50 kq çəkidə mübarizə aparan Zaur Əliyev ardıcıl olaraq Macarıstan və İsveç güləşçilərini məğlub edib. Yarımfinalda Ermənistan təmsilçisinə də heç bir şans verməyən güləşçimiz finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Yaponiya idmançısı olacaq.

Xatırladaq ki, Zaur Əliyev bir ay bundan əvvəl 46 kq çəkidə yeniyetmələrin Avropa çempionu adını qazanıb.

Final görüşləri Bakı vaxtı ilə 5 sentyabr, saat 19:00-da baş tutacaq.

Anar
Gununsesi.info