50 min nəfərin öldüyü İngiltərədə maska taxmaq məcburi olacaq

  • By admin
  • 31 İyul 2020 21:33
Təxminən 50 min nəfərin həyatını itirdiyi İngiltərədə baş nazir Boris Conson yoluxma sayındakı artımdan sonra Şimali İngiltərədə koronavirus məhdudiyyətlərinin yenidən bərpa olunacağını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, avqust ayının 8-indən etibarən maska taxmağın məcburi olacağını söyləyən baş nazir “Avqustun 1-ində qapalı qalan riskli mühitləri yenidən açmağı düşünürdük. Bu gün bu dəyişiklikləri ən az iki həftəliyinə təxirə salacağımızı üzülərək açıqlayıram. Atdığımız addımların bir çox insan üçün həqiqi bir zərbə olacağını bilirəm. Bunun üçün həqiqətən çox narahatam, amma risk edə bilmərik” deyib.
Gununsesi.info