50 mindın artıq müşahidəçi referendumu izləyəcək

  • By admin
  • 17 Sentyabr 2016 13:18
shahin
26 sentybarda Azərbaycanda keçiriləcək referendumu izləmək üçün əlli mindən artıq yerli seçici Mərkəzi Seçki Komissiyasından (MSK)  qeydiyyatdan keçib.
Bunu  Gununsesi.info-ya açıqlamasında  MSK-nın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Şahin Əsədli deyib.
Onun sözlərinə görə, bu günə kimi referendumu izləmək üçün 50 min 500-dək yerli müşahidəçi qeydiyyatdan keçib. “Onlardan 1100-dəyi MSK-dan, qalanları isə Dairə Seçki Komissiyalarından qeydiyyatdan keçib”- deyə, Ş.Əsədli vurğulayıb.
Ş.Əsədli bildirib ki, yerli müşahidəçilərin  dairə seçki komissiyalarında qeydiyyatın son günü 21 sentyabradəkdir, yəni, səsvermə gününə beş gün qalanadək qeydiyyatdan keçməlidir. “MSK-da isə müşahidə aparmaq istəyənlər üçünsə qeydiyyat müddəti artıq bitib”- deyə, Ş.Əsədli bildirib.
 Beynəlxalq müşahidəçilərə gəldikdə bu proses davam edir və bir sıra ölkələrdən, həmçinin,  beynəlxalq təkilatlar  referendumu izləmək üçün MSK-ya müracitə edib və onlar qeydiyyatdan keçib.
Mürtəza 
Gununsesi.info