“Ukrayna danışıqlarda Rusiyadan qoşunlarını Donbas və Krımdan çıxarmasını tələb edir” - ZELENSKİNİN OFİSİ

  • By admin
  • 28 Fevral 2022 16:58

“Ukraynanın nümayəndə heyəti danışıqlarda Rusiyadan qoşunlarını Krım və Donbasdan çıxarılmasını tələb edir”.

Gununsesi.info xəbər verir ki, bunu “Current Time”a açıqlamasında Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib.

O, paytaxt Kiyevdə Ukrayna Ordusunun üstünlük əldə etdiyini açıqlayıb

“Təsdiqlənmiş hesablamalara görə, səhərdən saat 14.00-a qədər İrpen-Jitomir avtomobil yolunda 200-dən çox müxtəlif texnika məhv edilib və ya zədələnib.

İlahi, onları Kiyev yaxınlığında necə darmadağın etməyimizi bir bilsəniz!”, – O.Arestoviç feysbukda yazıb.

 

 

Gununsesi.info