Hakerlər Kremlin telefon bazasını ələ keçirib -Bazada falçıların nömrələri də var

  • By admin
  • 28 Fevral 2022 16:45

Ukraynanın “kiberqoşunları” Kremlin məlumat bazasını sındırıblar və əməkdaşların telefon nömrələrini ələ keçirərək yayıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko məlumat verib. “İndi bizdə Kremlin bütün telefon bazası var. Administrasiya rəhbərlərindən tutmuş onların jurnalistlərinə, ictimai təşkilatlara və təəccüblənəcəksiniz, falçılara qədər. Bəli, Kremlin telefon bazasında falçılarla bağlı ayrıca bölmə var. Bu, Rusiyanın informasiya maşınının necə işlədiyini göstərir”.

Denisenko Ukrayna vətəndaşlarını telefonla ruslara “hücum etməyə” çağırıb: “Beş dəqiqəlik boş vaxtınız varsa, “Telegram”a @gov_rf_bot çat botuna daxil olun. Orada Rusiya Federasiyasının bütün telefonları yerləşdirilib. Rusiya rəhbərliyinə, Dövlət Dumasının deputatlarına -istədiyiniz adama zəng edin, istədiyinizi söyləyin, amma video çəkib və ya səsini yazıb sosial şəbəkələrdə yerləşdirin. Bu əla sübut bazası olacaq”.

 

 

 

Gununsesi.info