58 yaşlı qadın ağır yanıq xəsarəti aldı

  • Müəllif: admin
  • 12 Yanvar 2017 11:18

ambulani

Ağcabədidə 58 yaşlı qadın ağır yanıq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Xocavənd qəsəbəsində baş verib. Yaxınlarının köməkliyi ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılan İbrahimova Zəhra Müzəffər qızına bədənin müxtəlif nahiyələrində  3-cü dərəcəli yanıq diaqnozu qoyulub.

Xəstəxanadan APA-ya bildirilib ki, Z. İbrahimovanın səhhəti ağır olduğundan paytaxtdakı xəstəxanalarından birinə göndərilib. Yaxınlarının sözlərinə görə, Z. İbrahimova qaz sobasını yandırarkən ehtiyatsızlıqdan özünü yandırıb.
Ağcabədi rayon Prokurorluğundan APA-ya hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

Gununsesi.info