Əhali banklardan 1.8 milyard manatdan çox əmanətini geri çəkib

  • Müəllif: admin
  • 12 Yanvar 2017 11:23

dollar

2016-cı yanvar-noyabr aylarında fiziki şəxslər tərəfindən banklara yatırılan əmanətlərin həcmi 7.6 milyard manat olub. 

Gununsesi.info bunu Azərbaycan Mərkəzi Bankında istinadən xəbər verir.

Qeyd edək ki, ötən ilin əvvəli ilə müqayisədə əhali tərəfindən bankalra qoyulan əmanətlərin həcmi 1.8 milyard və ya 20 faiz azalıb. Məlumata əsasən, yatırılan əmanətlərin 1.4 milyardı və ya 19 faizi milli valyutada, 6.1 miyardı və ya 81 faiz xarici valyutada yerləşdirilib.  Onu da bildirək ki,  ilin əvvəli ilə müqayisədə əmanətlərdə əsas azalma xarici valyutada yatırılan vəsaitlərdə hiss olunur.  Belə ki, 11 ay ərzində manatla qoyulan əmanətlərin həcmi sabit qaldığı halda, dollar əmatlərində 1.6 milyardlıq azalma müşahidə edilir.

Vüsalə Rüstəmova

Gununsesi.info