61 yaşlı kişini qatar vurub öldürdü

  • By admin
  • 01 Noyabr 2021 19:25

Lənkəran şəhər sakini, 1960-cı il təvəllüdlü Həsənov Vəfadar Hüseyn oğlu naməlum şəraitdə qatarın altına düşərək ölüb.

 

Gununsesi.info xəbər verir ki, hadisə Lənkəran dəmiryolu stansiyasından təxminən 300 metr aralıda baş verib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanları və prokurorluq əməkdaşları baxış keçirdikdən sonra meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.