65 yaşdan yuxarı müəllimlərlə bağlı QƏRAR VERİLDİ

  • By admin
  • 04 Fevral 2021 15:30

Azyşalı uşağı olan gənc müəllimlər şikayət edirlər ki, əgər bağçalar bağlıdırsa, biz əyani dərslərdə necə iştirak edək. Lakin bu, təhsil sisteminin problemi deyil, ailədaxili problemdir. Bunun həll yolları da ailə daxilində tapılmalıdır.

Gununsesi.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, hazırkı epidemioloji qaydalara əsasən, yalnız 65 yaşdan yuxarı olan müəllimlərin əyani dərslərə cəlb edilməməsi nəzərdə tutulub:

“Hazırda epidemioloji vəziyyəti nəzərə almaqla, əyani dərslərə tezliklə qayıtmayılıq. Çünki bu çoxluğun tələbidir. Burada təhsilverənlərin mənafeyi əsas götürülür”. (trend)

Gununsesi.info