Ərəb dövlətləri İsraili qınadı: “Qəbuledilməzdir”

  • By admin
  • 22 May 2023 16:22

İsrailin aşırı sağçı Milli Təhülkəsizlik Naziri Itamar Ben-Qvirin Məscidi-Əqsaya basqın əmri verməsinə qarşı İslam dünyasından etirazlar yüksəlir. Ərəb ölkələri İsrailin Məscidi-Əqsa basqınını tənqid edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi(BƏƏ ) və İordaniya basqına etiraz edərək qlobal ictimaiyyətə çağırış ediblər.

Ərəbd dövlətləri bu sistematik əməllərin bütün ölkələrarası qlobal normaların və anlaşmaların açıqca pozulması və dünyadakı müsəlmanlara qarşı provokasiya mənasına gəldiyini vurğulayıblar.

BƏƏ açıqlamasında İsrail rəsmilərini gərginliyi artırmamağa və bölgədəki qeyri-sabitliyə sürükləyəcək addımlar atmamağa çağırıb.

İordaniynın Xarici İşlər Naziri Qüdsdəki qanunsuz məksunlaşma siyasətinə qarşı Əlcəzair, BƏƏ, Mərakeş, Fələstin, Qətər, Misir və S. Ərəbistanın Xarici İşlər Naziriləri ilə danışıq aparıb.

 

Körfəz İşbirliyi Ölkələri bu basqını qınayaraq qlobal ictimaiyyətə bu addımların qarşısının alınması üçün təcili müdaxilə çağırışı edib.

Ərəb Parlamenti də bu addımın ibadət azadlığının məhdudlaşdırılması və bunun qəbuledilməz olduğunu bildirib.

 

Tərcümə: Arzu Sayadoğlu

 

Gununsesi.info