68 yaşlı kişi bıçaqlanaraq öldürülüb

  • By admin
  • 27 Dekabr 2017 08:30

Göygöldə qətl hadisəsi törədilib.

Gununsesi.info xəbər verir ki, hadisə Göygöl şəhərində qeydə alınıb. Şəhərin Rövşən Nəsibov küçəsində yaşayan 1949-cu il təvəllüdlü Musayev Qəzənfər Müzəffər oğlu bıçaqlanıb. O dərhal xəstəxanaya aparılsa da öldüyü məlum olub. Onun tanıdığı şəxs tərəfindən qətlə yetirildiyi bildirilir. Cinayəti törədən şəxs saxlanılaraq polis şöbəsinə aparılıb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Gununsesi.info