Velosipedçini maşın vurub

  • By admin
  • 27 Dekabr 2017 08:40

Bakıda avtomobil velosipedçini vurub.

Gununsesi.info xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Babək prospektində velosipedlə hərəkətdə olan 1980-ci il təvəllüdlü İbrahimov İsak İsmayıl oğlunu “Lada Priora” markalı avtomobil vurub. Müxtəlif xəsarətlər alan İ.İbrahimov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Fakt Nizami RPİ-nin əməkdaşları tərəfindən araşdırılır.

Gununsesi.info