
Türkiyədə 8 500 polisin iştirakı ilə Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvlərinə qarşı növbəti geniş əməliyyatlar başlayıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş Prokurorluq tərəfindən FETÖ və PDY ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində Ankara Təhlükəsizlik Xidməti Qaçaqçılıq və Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsinin əməkdaşları 81 qəsəbədə irimiqyaslı əməliyyat keçiriblər.
Belə ki, 54 qəsəbədə keçirilən əməliyyat nəticəsində 803 nəfər nəzarətə götürülüb.
Qeyd edək ki, hazırda şübhəlilərin tutulması istiqamətində əməliyyat davam edir.
Anar
Gununsesi.info