
Rumıniyada 8 yaşlı qız 10 yaşlı oğlanla evləndirilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, keçirilən mərasimdə uşaqlar cinsi münasibətdə olmamaq şərti ilə evləndiriliblər.
Toy görüntüləri sosial şəbəkədə böyük maraq doğurub. Toyda mahnı oxuyan şəxs oğlana “sən artıq evil bir adamsan, oyuncaqlardan əl çək”, – deyə müraciət edib. Gəlin isə ətrafdakıların diqqətindən xeyli xoşbəxt görünüb.
İki uşağın bu cür evləndirilməsinin mədəni bir bayram olduğu, gəlinlə bəyin böyüyənə qədər cinsi münasibətdə olmayacağı bildirilib. Uşaqlar ailələri ilə birlikdə yaşayacaqlar. Buna baxmayaraq, bu hadisə etirazlara səbəb olub.











