Zakir Qaralov Tərtərdə vətəndaşları qəbul edəcək

  • Müəllif: admin
  • 24 Noyabr 2018 18:24
Baş prokurorun Tərtər rayonunda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.
Gununsesi.org-un xəbərinə görə,  bu barədə Baş Prokurorluğun rəsmi saytında bildirilib: “Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun Tərtər, İmişli, Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Laçın və Xocavənd rayon sakinləri ilə noyabrın 23-də nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilmişdir”.
Məlumata görə, qəbul noyabrın 29-da saat 10:00-da Tərtər rayon prokurorluğunun inzibati binasında keçiriləcəkdir.
Gununsesi.org