Xətaidə qəza oldu - ÖZƏL (FOTOLAR)

  • By admin
  • 21 İyun 2016 14:23

Qeza Khatai 3

Ötən gecə paytaxtın Xətai rayonu yol nəqliyyat hadisəsi baş verib. Gununsesi.info  xəbər verir ki,  2 avtomobilin toqquçması ilə nəticələnən avtoqəza Nobel prospektində qeydə alınıb. Üzü zığ şossesi istiqamətində hərəkətdə olan minik avtomobilinin sürücüsü yolu keçən piyadaya yol verərkən arxadan gələn nəqliyyat vasitəsi ona çırpılıb. Daha sonra avtomobil  zərbənin təsirindən yolun kənarına çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki  avtomobil yararsız hala düşüb.  Əraziyə yol patrul xidmətinin əməkdaşları baxış keçirib.  Faktla bağlı Xətai rayon  DYP- də araşdırma aparılır.

Gununsesi.info

 

Qeza Khatai

 

Qeza Khatai 4

 

Qeza Khatai 1