84 yaşlı qadın sirkə içdi - Həyatını xilas etmək mümkün olmadı

  • By admin
  • 11 Oktyabr 2016 16:32

yasli

Bakıda 84 yaşlı qadın uksus (sirkə)  içərək, intihar edib.

Gununses.info-nun xəbərinə görə, hadisə Xətai rayonun ərazisində baş verib.  Xətai Rayon Polis İdərəsindən  verilən məlumata görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.  Məlumatda bildirilir ki, intihar edən  84 yaşlı qadının kimliyi artıq müəyyənləşdirilib. Həmin şəxs Süsən Ağaqulu qızı Kazımovadır. O, təcili xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisənin intihar olub-olmamağı araşdırılır.

Gülnaz Qənbərli

Gununsesi.info