Olland: “Türkiyə Suriya məsələsində çox mühüm rol oynayır”

  • By admin
  • 11 Oktyabr 2016 16:27

olland

Oktyabrın 11-də AŞPA-nın payız sessiyasının plenar iclasında Fransa Prezidenti Fransua Olland çıxış edib.

Gununsesi.info xəbər verir ki, Fransa Prezidenti ölkəsi ilə Avropa Şurası və qitənin digər qurumları arasındakı münasibətlərə və dünyada baş verən hadisələrə toxunub.

Fransua Olland Türkiyə ilə dialoqun əhəmiyyətini vurğulayaraq deyib: “Türkiyə Suriya məsələsində çox mühüm rol oynayır, qaçqınların qəbul edilməsi məsələsində əhəmiyyətli səylər göstərir. Türkiyə Suriya məsələsinin həllində maraqlı olan ölkədir”.

Prezident Fransua Olland çıxışında Türkiyədə baş verən 15 iyul hadisələrinə də toxunub.

Gununsesi.info