
Bakıda ticarət mərkəzindən qızıl oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, yanvarın 21-də Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərindən birində Bakı şəhər sakini Məzahim Məsimova məxsus emalatxanadan 100 qram qızıl oğurlanıb.
Baş Cinayət Axtarışı İdarəsi, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Urşan Zeynalov saxlanılıb.
Gununsesi.info