
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ildə 32,3 milyard manatlıq məhsul istehsal edilib.
Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, sənaye məhsulları əvvəlki illə müqayisədə 0,4 faiz azalıb.
Sənaye məhsulunun 65,4 faizi mədənçıxarma sektorunda, 28,2 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 1,4 faiz, əmtəəlik qaz hasilatı isə 3,9 faiz azalıb. Digər sektorlarda isə vəziyyət belədir:
Emal sektorunda qida məhsullarının istehsalı 4,0 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı2,7 dəfə, geyim istehsalı 41,0 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 10,8 faiz, kağız və karton istehsalı 1,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 0,3 faiz, hazır metal məmulatlarının istehsalı 24,9 faiz, kompüter və elektron məhsulların istehsalı 7,4 faiz, elektrikavadanlıqlarının istehsalı 3,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 17,0 faiz, mebel istehsalı 9,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 10,7 faiz artıb.
İçkilərin istehsalı 10,0 faiz,
tütün məmulatlarının istehsalı 13,4 faiz,
dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 67,9 faiz,
poliqrafiya məhsullarının istehsalı 12,1 faiz,
kimya sənayesi məhsullarının istehsalı 12,7 faiz,
rezin və plastik kütlə məmulatlarının istehsalı 13,3 faiz,
tikinti materiallarının istehsalı 10,6 faiz,
maşın və avadanlıqların istehsalı isə 14,9 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,7 faiz azalıb.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,0 faiz artıb, neft sektorunda isə 1,1 faiz azalıb.
Vüsalə Rüstəmova
Gununsesi.infi









