87 nəfəri qaçırıb, fidyə tələb etdilər

  • By admin
  • 19 Mart 2024 08:46

Nigeriyanın Kaduna əyalətində silahlı şəxslərin fidyə müqabilində 87 nəfəri qaçırdığı bildirilir.

Gununsesi.info xəbər verir ki, əyalətin Tantau bölgəsinin sakini İsa Musa silahlı şəxslərin təsadüfi atəş açdığını bildirib.

Musa hücumçuların 87 nəfəri qaçırdığını, həmçinin  sakinlərdən ərzaq oğurladıqlarını bildirib.

Nigeriyada adam oğurluğuna görə cəza ölüm olsa da, fidyə müqabilində adam oğurluğu adi haldır.

Qeyd edək ki, martın 7-də Kaduna əyalətində silahlı şəxslər tərəfindən həyata keçirilən hücumda 287 tələbə qaçırılıb.

Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.

 

Gununsesi.info