Şabranda qəza baş verdi – Yaralılar var

  • By admin
  • 19 Mart 2024 08:43

Şabran rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info report.az-a istinadən xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonunun Sincanboyad kəndi ərazisindən keçən hissəsində “Toyota” markalı minik avtomobili nasazlıq səbəbindən yolun kənarında dayanan “VAZ-21019” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində Şabran rayon sakinləri 1977-ci il təvəllüdlü Rəhmanov Rahim Kamil oğlu, 1997-ci il təvəllüdlü Seyidov Çingiz Qərib oğlu və 1982-ci il təvəllüdlü Osmanov Yaşar Həcbilə oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info