Bu ölkə istidən qovrulur: Temperatur 60 dərəcəni keçdi

  • By admin
  • 19 Mart 2024 08:40

Braziliyanın Rio-de-Janeyro şəhərində hiss olunan temperatur 60,1 dərəcəyə yüksəlib. Bu, ölkədə indiyə qədər qeydə alınan ən yüksək  temperaturdur.

Gununsesi.info xəbər verir ki, Braziliya mətbuatının məlumatına görə, bütün zamanların ən yüksək temperatur rekordu martın 16-da Rio-de-Janeyro şəhərində qeydə alınıb.

Şəhərin qərbində hiss edilən 60,1 dərəcə temperatur 2023-cü il noyabrın 18-də qeydə alınan 59,7 dərəcəni keçərək rekordlar qırıb.

Mütəxəssislər “El Nino”nun yaratdığı hava hadisələri ilə əlaqədar ölkənin bəzi bölgələrində temperatur rekordlarının ola biləcəyini bildirmişdilər.