Avtomobillərin icbari sığortalanması tariflərinin artırılmasına ehtiyac yoxdur - İSB

  • By admin
  • 23 İyun 2016 11:11

Avtomobiller sighorta.cars insurance

 

Azərbaycanda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortalanması tariflərinin artırılmasına hazırda ehtiyac yoxdur. Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum mütəmadi olaraq digər ölkələrdə avtomobillərin icbari sığortası üzrə zərərlilik məlumatlarını Azərbaycandakı analoji göstəricilərlə müqayisədə edir: “Elə ölkələr var ki, orada zərərlilik 98-99%-dir. Bizdə nəzərəçarpacaq dərəcədə aşağıdır”. “Əsas problem icbari sığorta ilə məşğul olan şirkətlərin ödədiyi artıq komissia haqları, endirimlərlə bağlı idi. Bununla əlaqədar da Maliyyə Bazarlarına Nəzarət Palatası lazımi tədbirlər görür. Artıq normal işləmək mümkündür”, – deyə İSB rəhbəri əlavə edib.