
Cəlilabad rayonunda 9 yaşlı uşaq göldə boğulub.
Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini, 2009-cu il təvəllüdlü Nicat Müşfiq oğlu Mənsimov balıq tutmaq istəyərkən ayağı sürüşüb və gölə düşüb.
Meyit sudan çıxarılaraq adiyyəti üzrə təıhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Gununsesi.info












