91 yaşında universitet məzunu oldu - FOTO

  • By admin
  • 11 Avqust 2017 11:48

default (3)

Kimlan Cinakul 91 yaşında universiteti bitirərək ailə və insanın inkişafı üzrə incəsənət sahəsi üzrə bakalavr dərəcəsi alıb.

Gununsesi.info xəbər verir ki, 91 yaşlı Kimlan Cinakul Tailandın Banqkok şəhərinin yaxınlığında yerləşən Sukhothai Thammathirat dövlət universitetini bitirib.

Bakalavr dərəcəsini almaq üçün 91 yaşlı Kimlan 10 il oxumalı olub. Diplomu 91 yaşlı universitet məzununa şəxsən Tailand kralı Maxa Vaciralonqkorn Bodindradebayavaranqun təqdim edib. Tailanda dövlət universitetlərinin diplomlarını adətən ölkənin kral ailəsinin üzvləri təqdim edir.

Sukhothai Thammathirat universitetində yaşlı və ahıl inanlar üçün xüsusi kurslar təşkil olunub və 2017-ci ildə buranı 60 yaşdan yuxarı 199 yaşlı insan bitirib.

Gununsesi.info