Qəbələ sakininin pulunu, telefonunu quldurluq yolu ilə alan şəxslər tutulub

  • By admin
  • 11 Avqust 2017 11:54

qandal

Qəbələ rayon sakinindən quldurluq yolu ilə 65 manatını və mobil telefonunu almaqda şübhəli bilinən şəxslər tutulublar.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 9-da saat 2.00 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində 2 naməlum şəxs rayon sakini Əziz Ağakişiyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturub Bakı şəhərinə gedəcəklərini bildiriblər.

İsmayıllı rayonunun Sumağallı kəndi ərazisində onlar Ə.Ağakişiyevi bıçaqla hədələyərək 65 manatını və mobil telefonunu alıb avtomobildən düşərək gediblər.

Xətai rayon Polis İdarəsi, İsmayıllı rayon Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Bakı şəhər sakinləri Rüstəm Məmmədov və Orxan Cəfərov tutulublar.

Anar

Gununsesi.info