94 yaşlı qazi koronavirusa qalib gəldi

  • By admin
  • 07 May 2020 16:59

Rusiyanın Primorye diyarında Böyük Vətən müharibəsinin 94 yaşlı veteranı koronavirusdan sağalıb.

Bu barədə REN TV yerli hökumət mənbələrinə istinadla xəbər yayıb.

Bildirilir ki, qadından əlavə, daha üç uşaq da xəstəliyə qalib gəlib.

Məlumata görə, bu günə qədər Primoryedə 727 yoluxma halı qeydə alınıb, 50-dən çox insan  ağır vəziyyətdədir.

Ümumilikdə, Rusiyada 165 929 nəfər koronavirusa yoluxub. Onlardan 1 537 nəfəri ölüb, 21 327 nəfəri isə sağalıb.

Yazı oxu.az saytında dərc edilib.

Gununsesi.org