Xəzər dənizində təlimlər zamanı 9 qazaxıstanlı hərbçi ölüb - YENİLƏNİB

  • Müəllif: Orxan
  • 24 Sentyabr 2026 20:58

Qazaxıstanın Xəzərsahili Manqistau vilayətində təlimlər zamanı həlak olan hərbçilərin sayı 12-yə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Manqistau vilayəti akimatının (administrasiyasının) yaydığı məlumatda bildirilib.

“Dəqiqləşdirilmiş məlumata görə, təlim döyüş tapşırığının icrası zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi səbəbindən 17 nəfər dənizə sürüklənib. Onlardan 12-si həlak olub, 3 nəfəri xilas edilib. Daha 2 hərbçinin axtarışları davam etdirilir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstan Müdafiə Nazirliyi ölkə Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı 19 hərbçinin dənizə sürükləndiyini, 3 nəfərin xilas edildiyini, 9 hərbçinin isə həlak olduğunu bildirmişdi.

***

Qazaxıstanda Xəzər dənizində keçirilən təlimlər zamanı 9 hərbçki həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat verib.

Bildirilib ki, 19 hərbi qulluqçu təlimlər zamanı dənizə aparılıb, onlardan doqquzu həlak olub.

Qeyd edək ki, 24 sentyabr  Xəzərdə “Xəzər qorğanı – 2026” təliminin keçirilirdi.

Gununsesi.info